“Bakı Metropoliteni”nin paylaşımı müzakirələrə səbəb olub – Foto


“Bakı Metropoliteni” QSC-nin rəsmi sosial şəbəkə hesabında yayımlanan foto istifadəçilər arasında geniş müzakirələrə yol açıb.
Yeniavaz.com
xəbər verir ki, paylaşımda sərnişinlərə metro qapılarına söykənməmək tövsiyə olunur.
Paylaşılan fotoda həm qapıya söykənən şəxs, həm də bir-birinə yaxın oturaraq başını digərinin çiyninə qoyan cütlük təsvir edilib.
Qeyd edək ki, “Bakı Metropoliteni”nin paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər Metropolitenin bu yanaşmasını tənqid ediblər. Eyni zamanda, fotoya maraqlı rəylər də yazılıb.
Məsələn, “Tural Mamedzade” adlı istifadəçi qeyd edib ki, metroda camaatın anası, bacısı, qardaşı və atası var, bu postunuz heç doğru deyil.
Digər istifadəçi “Nurlan Safarzade” isə “Soldakı qaqaşın da sevgilisi olsaydı, qapıya söykənməzdi, dərddən söykənib”, – deyə şərh yazıb.
“Айнур Гаджимурадова” adlı istifadəçi isə yazıb ki, 2-ciyə də etibar yoxdur, elə ən yaxşısı qapıya söykənməkdir.

DİGƏR XƏBƏRLƏR

Top