
“İran rəsmiləri razılaşma əldə olunması üçün yalvarmalı olduqları halda, əksinə, yalnız təklifləri nəzərdən keçirdiklərini iddia edirlər”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşıb.
ABŞ lideri bu yanaşmanı “səhv” kimi qiymətləndirib və xəbərdarlıq edib ki, vəziyyətə vaxtında ciddi yanaşılmasa, nəticələr geri dönməz ola bilər.
“Onlar bizdən razılaşma əldə etməyimizi yalvarırlar. Bunu etməli idilər, çünki hərbi cəhətdən məğlub olublar və heç bir şansları yoxdur. Amma yenə də açıq şəkildə deyirlər ki, yalnız təklifimizi nəzərdən keçirirlər. Çox gec olmamışdan əvvəl buna ciddi yanaşsalar yaxşı olar”, – deyə Tramp vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz