“ABŞ-İran birgə “Hörmüz MMC” şirkəti yaratsa, mən təəccüblənmərəm”


“Bu müharibənin sonunda ABŞ-İran birgə “Hörmüz MMC” (məsələn, yəni) şirkəti yaratsa, mən heç təəccüblənmərəm”.
Yeniavaz.com
 xəbər verir ki, bunu REAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
Natiq Cəfərli bildirib ki, qurulacaq şirkət boğazdan keçən istənilən tankerdən rüsum alacaq: “Bu ödəniş 51% ABŞ, 49% İran arasında bölünəcək. Bu payı İran müharibəyə görə dəymiş ziyanın kompensasiyası, reparasiya kimi təqdim edəcək, ABŞ isə növbəti hədəfinə, dünyanın hər yerində logistika mərkəzlərinə, yollara nəzarət etmə hədəfinə bir addım da yaxınlaşacaq.
Yəni, müharibə bitəndə hər kəs özünü qalib elan edəcək və nə qədər qəribə səslənsə də, hər qalibin də öz məntiqi, öz keçərli arqumentləri olacaq...”.

DİGƏR XƏBƏRLƏR

Top