
Ağdamda bir nəfər minaya düşüb.
Yeniavaz.com xəbər verir ki, hadisə rayonun işğaldan azad olunan Yüsifcanlı kəndi ərazisində baş verib.
1985-ci il təvəllüdlü kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu minaya düşüb.
Hazırda ANAMA əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə gedir.
Faktla bağlı araşdırma başlanıb.
Tətbiqimizi yükləyə bilərsiniz