
İranda heç kim ölkəyə rəhbərlik etmək istəmir.
Yeniavaz.com “Clash Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp bildirib ki, onların bəzi ifadələrini eşidirik: “Çox aydın eşidirik, deyirlər: “Xeyr, təşəkkür edirəm, mən bunu istəmirəm”.
Tramp əlavə edib ki, “müharibə” sözünü işlətməyəcək: “Çünki bu, “ən yaxşı həll yolu deyil”.
Buna görə də mən “hərbi əməliyyat” sözünü işlədəcəyəm. Amma biz səkkiz müharibəni həll etmişik və insanlar bəzən bunu unudurlar”.
Tətbiqimizi yükləyə bilərsiniz