
Avropa İttifaqı Ermənistanın inkişafına dəstək məqsədilə 143 milyon avro məbləğində qrant ayırmağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin martın 26-da keçirilən iclasında təsdiqlənib.
İclas zamanı Avropa Komissiyası ilə Ermənistan arasında “Çoxsektorlu Büdcə Dəstəyi Sazişi” imzalanıb. Saziş 2026–2028-ci illəri əhatə edir və ölkənin müxtəlif sahələrdə inkişafını hədəfləyir.
Razılaşmaya əsasən, maliyyə vəsaiti yalnız qrant formasında təqdim olunacaq. Ayrılan vəsaitin əsas istiqamətləri dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, ixracın şaxələndirilməsi, viza rejiminin liberallaşdırılması üzrə dialoqun genişləndirilməsi, qanunun aliliyinin gücləndirilməsi, həmçinin məşğulluq və sosial inteqrasiyanın dəstəklənməsi olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz