
Rusiyadan yola düşən və 140 min ton xam neft daşıyan Türkiyənin “Altura” tankerinə dron hücumu edilib.
Yeniavaz.com NTV-yə istinadən xəbər verir ki, hadisə Qara dənizdə, Bosfor boğazı sahillərindən təxminən 24 kilometr aralıda baş verib.
Məlumata əsasən, hücum nəticəsində gəminin göyərtəsinə və mühərrik otağına ziyan dəyib. Tanker dərhal yardım siqnalı göndərib.
Hadisə yerinə Türkiyə Sahil Mühafizəsi qüvvələri və ixtisaslaşmış təcili yardım gəmisi cəlb olunub. İlkin məlumatlara görə, ekipaj üzvləri arasında xəsarət alan yoxdur.
Hadisənin səbəbləri və hücumu həyata keçirən tərəf barədə araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz