
Xərçəng xəstəliyinə səbəb ola biləcək iki gecə simptomu müəyyən edilib.
Yeniavaz.com “Surrey Live”ə istinadla xəbər verir ki, “Cancer Research UK”in mütəxəssisləri gecə vaxtı ortaya çıxan və diqqətdən kənarda qalmamalı olan iki əlamətə diqqət çəkiblər.
Bildirilir ki, söhbət “xroniki yuxusuzluq” və “güclü gecə tərləməsi”ndən gedir.
Qeyd olunub ki, bu əlamətlər müntəzəm olaraq yuxunu pozursa, buna laqeyd yanaşmaq olmaz.
“Mütəxəssislərin sözlərinə görə, belə hallar bəzi hallarda xərçəng xəstəlikləri ilə əlaqəli ola bilər. Amma bu, hər zaman xərçəng demək deyil. Eyni simptomlar stress, infeksiyalar, bəzi dərmanların qəbulu, hormonal dəyişikliklər kimi səbəblərdən də yarana bilər.
Həkimlər vurğulayır ki, əgər bu əlamətlər birdən ortaya çıxırsa, və ya getdikcə daha da güclənirsə mütləq həkimə müraciət etmək lazımdır.
“Əgər güclü gecə tərləməsi ilə birlikdə səbəbsiz hərarət artımı, ağrı və ürəkbulanma da müşahidə olunursa, xüsusilə diqqətli olmaq lazımdır.
Üumilikdə, mütəxəssislər insanlara öz sağlamlıqlarındakı dəyişikliklərə diqqətlə yanaşmağı və özləri üçün “normal” olan vəziyyəti yaxşı tanımağı tövsiyə edirlər”, - nəşr yazır.
Tətbiqimizi yükləyə bilərsiniz