Macarıstan Ukraynaya qaz tədarükünü dayandırır – Orban açıqladı


Macarıstan hökuməti Ukrayna üzərindən Macarıstana Rusiya neftini tədarük edən Drujba boru kəməri bərpa olunana qədər Ukraynaya qaz tədarükünü dayandırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, qərar bu gün, 25 martda Macarıstanın Baş naziri Viktor Orban tərəfindən elan edilib.
Orban rəsmi “Facebook” səhifəsində paylaşdığı videomüraciətdə Ukraynaya təbii qaz tədarükünün tədricən dayandırılacağını və bu həcmdə qazın Macarıstan anbarlarında saxlanılacağını bildirib.
Ukraynanın enerji sektoruna yönəlmiş aparıcı Ukrayna konsaltinq şirkəti olan EXPRO-nun məlumatlarına görə, 2025-ci ildə Ukrayna Macarıstandan 2,94 milyard kubmetr qaz alıb ki, bu da ümumi həcmin 45%-ni təşkil edir. 2026-cı ildə Macarıstanın payı azalıb və Polşadan idxal birinci yeri tutub.
EXPRO-nun məlumatına görə, Macarıstandan qaz təchizatının kəsilməsi Ukraynada kritik vəziyyət yaratmayacaq və hətta arbitraj məhkəmələrində mübahisə mövzusuna çevrilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top