Ya Türkiyə, ya Pakistan… – İran rəsmisi açıqladı


Pakistan danışıqlarla bağlı ABŞ-dən gələn təklifi İrana çatdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yüksək vəzifəli iranlı rəsmi “Reuters”ə danışıb.
O bildirib ki, regionda gərginliyin azaldılması üçün mümkün danışıqlar ya Pakistanda, ya da Türkiyədə keçirilə bilər.
Adının açıqlanmasını istəməyən rəsmi qeyd edib ki, İran rəsmi olaraq Donald Tramp administrasiyası ilə danışıqlara qarşı çıxsa da, əslində diplomatik təklifləri nəzərdən keçirməyə müəyyən qədər açıqdır.
İranlı mənbə Pakistan vasitəsilə çatdırılan təklifin detalları barədə məlumat verməyib və bunun mediada yayılan 15 maddəlik ABŞ planı ilə eyni olub-olmadığını açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top