Merilin Monro öldürülmüş ola bilər


Hazırda təqaüdə çıxmış Los-Anceles Polis Detektivi Mayk Rotmiller mərhum aktrisa Merilin Monronun ABŞ Baş Prokuroru Robert F. Kennedi tərəfindən öldürülmüş ola biləcəyini iddia edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, o, yeni bir araşdırma tələb edir.
Rotmillerin sözlərinə görə, dəlillər arasında Monronun itirilmiş gündəliyi, gizli sənədləri, telefon qeydləri və müşahidə görüntüləri, eləcə də ulduzun ölümünün şahidi olduğunu iddia edən Kennedinin sirdaşının şok etirafı var.
Bu nəzəriyyə köhnə Hollivud qalmaqallarının və Kennedi siyasətini yenidən alovlanacağını vəd edir və rəsmi “intihar” nəzəriyyəsinə bir daha şübhə yaradır.
Qeyd edək ki, Merilin Monro 1962-ci il avqustun 5-də səhər saatlarında Los-Ancelesin Brentvud şəhərindəki evində ölü tapılıb. Onun cəmi 36 yaşı var idi. Ulduz çılpaq, üzüaşağı, çarpayıda, ətrafında reseptli dərman şüşələri ilə tapılıb.
Tibbi ekspertiza ölüm səbəbinin barbituratların həddindən artıq dozası və mümkün intihar olduğuna qərar verib. Bu vaxtadək iş bağlanmış hesab olunub.

DİGƏR XƏBƏRLƏR

Top