
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelə olan qiyməti 0,05 ABŞ dolları azalaraq 116 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz