Hörmüz boğazı ilə bağlı konfrans keçirilə bilər


Hörmüz boğazının bağlanmasına həsr olunmuş təhlükəsizlik konfransı tezliklə keçirilə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə adı açıqlanmayan Britaniya rəsmisi “Politico”ya danışıb.
Bildirilib ki, konfransın ev sahibi Birləşmiş Krallıq ola bilər.
Rəsmi bildirib ki, London Hörmüz boğazından təhlükəsiz keçid açmaq və ticarət gəmiçiliyinə inam yaratmaq məqsədi ilə koalisiya qurmaq və impuls yaratmaqa kömək etmək istəyir.
Məqalədə qeyd olunur ki, London və İngiltərənin cənubunda yerləşən Kral Dəniz Qüvvələrinin əsas bazasına, eləcə də dəniz qərargahına və logistika obyektlərinə ev sahibliyi edən Portsmut şəhəri sammit kimi təsvir edilən görüşü keçirməyə hazırdırlar.
Nəşrin rəsmisi həmçinin Fars körfəzini Oman körfəzi ilə və daha sonra Hind okeanına birləşdirən Hörmüz boğazından gəmiçiliyin təhlükəsizliyini təmin etmək variantlarına da toxunub. Belə ki, rəsmi gəmidən idarə olunan pilotsuz uzaqdan mina təmizləmə sistemlərindən bəhs edib, lakin hazırkı gərginlik səviyyəsində bunun mümkün olmayacağını etiraf edib.

DİGƏR XƏBƏRLƏR

Top