
Hindistanın Baş naziri Narendra Modi və ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Modi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı ölkə başçıları sülh və sabitliklə bağlı məsələlərdə əlaqə saxlamaq barədə razılığa gəliblər:
“Prezident Trampdan zəng aldım və Yaxın Şərqdəki vəziyyətlə bağlı konstruktiv fikir mübadiləsi apardıq. Hindistan münaqişənin gərginliyinin azaldılmasını və sülhün tezliklə bərpa olunmasını dəstəkləyir. Hörmüz boğazının açıq, təhlükəsiz və əlçatan olmasının təmin edilməsi bütün dünya üçün vacibdir. Sülh və sabitliyə nail olmaq səyləri ilə bağlı məsələlərdə əlaqə saxlamaq barədə razılığa gəldik”.
Tətbiqimizi yükləyə bilərsiniz