İran ABŞ-yə heç bir atəşkəs təklifi vermədiyini bildirir


“Nə İran hökuməti, nə də İran silahlı qüvvələri ABŞ-yə atəşkəslə bağlı heç bir təklif verməyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə Məclisinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Yaqub Rzazadə bildirib.
“Diplomatik qurumlar, hökumət və ya silahlı qüvvələr tərəfindən atəşkəslə bağlı heç bir danışıqlar və ya təklif olmayıb”, - o, ISNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
Bir müddət əvvəl İsrailin “Ynet” xəbər agentliyi İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkovla söhbətində İslam Respublikasının yeni Ali Lideri Müctəba Xameneinin danışıqlar aparmaq üçün razılığını çatdırdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top