İranda Laricaninin yerinə təyinat oldu


Məhəmməd Bağer Zolqədr İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin prezident administrasiyasının kommunikasiya şöbəsinin müdiri Məhəmməd Mehdi Təbatəbai sosial mediada məlumat yayıb.
Təbatəbai aydınlıq gətirib ki, Zolqədrin namizədliyi İranın Ali Lideri Müctəba Xamenei tərəfindən təsdiqlənib. Prezident Məsud Pezeşkyanın fərmanı ilə o, Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Zolqədr öldürülən Əli Laricaninin yerinə keçib. İsrailin müdafiə naziri İsrael Katz onun ölümünü martın 17-si elan edib. Bir gün sonra İran hakimiyyəti xəbəri təsdiqləyib. Əli Laricani 2025-ci ildən Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb və İranın qərar qəbuletmə sistemində əsas fiqur hesab olunurdu.

DİGƏR XƏBƏRLƏR

Top