Litva ərazisinə PUA düşdü


Litva ərazisinə hərbi pilotsuz təyyarə düşüb.
Yeniavaz.com
xəbər verir ki, pilotsuz təyyarənin qalıqları 23 mart bazar ertəsi günü cənubda Belarusla həmsərhəd olan Varena rayonunda aşkar edilib.
Ölkənin Müdafiə Nazirliyi bildirib ki, pilotsuz təyyarə 300 metrdən çox olmayan hündürlükdə uçduğu üçün radar tərəfindən aşkar edilməyib.
Nazir Robertas Kaunas brifinqdə pilotsuz təyyarənin Ukraynaya məxsus olduğu ehtimalını bildirib:
“İlkin məlumatlar göstərir ki, bu, Rusiyada Primorsk limanına hücum edən pilotsuz təyyarələrdən biri olub. Bu, çox güman ki, elektron mübarizə sistemlərindən təsirlənən, yolunu azan və bölgəmizdə qəzaya uğrayan Ukrayna pilotsuz təyyarəsi olub”.

DİGƏR XƏBƏRLƏR

Top