Elnur Məmmədov vəfat etdi


“Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi, canlı əfsanə sayılan Elnur Məmmədov dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə axar.az-a “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib.
O bildirib ki, E.Məmmədovun nəşi sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, E.Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan “Parni iz Baku” KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVN-çinin yetişməsində müstəsna rol oynayıb.
1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.

DİGƏR XƏBƏRLƏR

Top