
“Ermənistanın heç vaxt qonşularına qarşı ərazi iddiaları olmamalıdır”.
Yeniavaz.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Alen Simonyan jurnalistlərə bildirib.
“Biz regionda elə münasibətlər qurmalıyıq ki, heç bir ölkə digərinə hücum etməyi düşünməsin. Biz regionumuzda sülhün təmin edilməsi və müharibənin qarşısının alınması üçün hər şeyi etməliyik”, - Simonyan vurğulayıb.
Spiker əlavə edib ki, yeni Ermənistan Konstitusiyasının qəbul edilməsi yalnız ölkənin maraqları ilə bağlıdır:
“Mən Ermənistanın maraqlarını düşünürəm. Və Ermənistanın maraqları ondan ibarətdir ki, bizim heç kimə bizi regionda təhlükə hesab etməyə əsas verməyəcək bir Konstitusiyamız var”.
Tətbiqimizi yükləyə bilərsiniz