Moskvanın mərkəzində mobil internet bərpa olundu


Moskvanın mərkəzində mobil internet bərpa olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Moskva” xəbər agentliyi öz müxbirlərinə istinadən məlumat verib.
“Moskvadakı müxbirlərimiz mobil internetin son həftələrdə xidmətin olmadığı yerlərdə yenidən işə düşdüyünü təsdiqləyiblər”, - nəşr bildirib.
“RİA Novosti” iddia edir ki, internetə çıxış “Park kulturı”, “Oktyabrskaya”, “Arbatskaya”, “Kurskaya”, “Ploşad revolucii”, “Kiyevskaya” metro stansiyalarında və digər yerlərdə mövcuddur.
Mobil internet və rabitə problemləri Moskvada 6 martda başlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bütün kəsintilər və xidmət məhdudiyyətləri “mövcud qanunvericiliyə ciddi şəkildə uyğun olaraq həyata keçirilir” və “təhlükəsizlik” ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top