“Fars körfəzi ölkələri Trampı İranın enerji sektoruna zərbə vurmaqdan çəkindirdi” − KİV


“Vaşinqtonun müttəfiqləri və Fars körfəzi ölkələri ABŞ Prezidenti Donald Trampı İranın enerji infrastrukturuna zərbə endirməkdən çəkindiriblər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, müttəfiqlər Trampa xəbərdarlıq ediblər ki, Vaşinqtonun təhdidi həyata keçirilərsə, müharibə fəlakətə çevriləcək. ABŞ-nin Yaxın Şərqdəki tərəfdaşları bildiriblər ki, İranın infrastrukturuna uzunmüddətli ziyan vurmaq, demək olar ki, qaçılmaz olaraq, müharibə bitdikdən sonra ölkənin “uğursuz dövlətə” çevrilməsinə gətirib çıxaracaq.
Nəşr həmçinin Trampın İranın enerji infrastrukturuna zərbələri təxirə salmaq qərarını bazarları “sakitləşdirmək” istəyi ilə əlaqələndirir. Trampın elan etdiyi qərar dərhal neft qiymətlərinin aşağı düşməsinə səbəb olub. 
Xatırladaq ki, martın 21-i Tramp İrandan iki gün ərzində Hörmüz boğazını açmasını tələb etdi. Onun sözlərinə görə, bu baş verməsə, ABŞ İranın elektrik stansiyalarına zərbə endirəcək və onları məhv edəcək. Martın 23-ü ABŞ prezidenti Vaşinqton və Tehranın “çox yaxşı və məhsuldar danışıqları” apardığını bildirib və buna görə də Pentaqona İranın elektrik stansiyalarına və enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı tapşırıb. İran ABŞ ilə hər hansı bir danışıqları təkzib edir.

DİGƏR XƏBƏRLƏR

Top