
“ABŞ prezident administrasiyası İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafı potensial danışıqlar tərəfdaşı və hətta yeni lider kimi nəzərdən keçirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələri Qalibafla bağlı hələlik heç bir qərar qəbul edilmədiyini qeyd edib. Onlar əlavə ediblər ki, prezident administrasiyası “bir neçə namizədi stress testindən keçirmək” istəyir.
Nəşrin mənbələrinə görə, bu namizədlər siyahısına İranın son şahı Rza Pəhləvinin oğlu daxil deyil. Tramp administrasiyası Pəhləvinin İranda heç bir legitimliyinə inanmır.
Eyni zamanda, “Politico” yazır ki, ekspertlər İran Parlamentinin sədrinin də ABŞ-yə sadiq qalacağına şübhə ilə yanaşırlar.
Qeyd edək ki, Məhəmməd Bağır Qalibaf İran-İraq müharibəsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) xidmət edib. 1999-cu ildə İranın polis rəisi təyin edilib. 2005-ci ildən 2017-ci ilə qədər Tehranın meri vəzifəsində çalışıb. 2020-ci ildən bəri İranın birpalatalı parlamenti olan Məclisin prezidenti vəzifəsində çalışıb.
"The Jerusalem Post" qəzeti Qalibafın ABŞ ilə danışıqlarda iştirak etdiyini və bundan sonra Donald Trampın İran elektrik stansiyalarına zərbələri beş gün təxirə salmaq qərarına gəldiyini açıqladığını bildirib. İran danışıqların mövcudluğunu inkar edir.
Tətbiqimizi yükləyə bilərsiniz