
“İran və ABŞ heç bir danışıq aparmır. ABŞ Prezidentinin açıqlamaları enerji qiymətlərini aşağı salmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq cəhdləri kontekstində edilir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “Telegram” kanalında bildirib.
Pezeşkian əlavə edib ki, son günlər İran yalnız Yaxın Şərq ölkələri, xüsusən də Omanla Hörmüz boğazından gəmilərin koordinasiyasını və keçidini təmin etmək üçün danışıqlar aparır.
O həmçinin Tehran və Vaşinqton arasında gizli danışıqların aparılmadığını da qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz