Tramp İranın enerji infrastrukturlarına zərbələri təxirə saldı – Danışıqlar aparılır


ABŞ Prezidenti Donald Tramp Pentaqona İranın enerji infrastrukturlarına zərbələri beş gün təxirə salmağı əmr edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “TruthSocial” sosial media platformasında bildirib.
O, bunun Vaşinqton və Tehran arasinda son iki gündə Yaxın Şərqdəki hərbi əməliyyatlara tam və qəti şəkildə son qoymaq üçün aparılan “çox yaxşı və məhsuldar” danışıqlarla bağlı olduğunu bildirib.
“Məmnuniyyətlə bildirirəm ki, Amerika Birləşmiş Ştatları və İran son iki gündə Yaxın Şərqdəki hərbi əməliyyatlarımızın tam və hərtərəfli həlli ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıblar. Həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv danışıqların xarakteri və tonuna əsasən, Müdafiə Nazirliyinə İran elektrik stansiyalarına və enerji infrastrukturlarına qarşı istənilən hərbi hücumu davam edən görüşlər və müzakirələr uğurla başa çatana qədər beş gün təxirə salmağı əmr etdim”, - Tramp qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top