Bu qolların sayına görə Peleni də keçdi


“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayına görə Peleni (70 qol) keçərək, futbol tarixində növbəti uğura imza atıb.
Yeniavaz.com
xəbər verir ki, “İnter Mayami”nin “Nyu York Siti”yə qarşı növbəti oyununda Messi karyerasında 71-ci cərimə zərbəsi qolunu vuraraq, bu göstəriciyə görə dünya miqyasında ikinci pilləyə yüksəlib.
Səfərdə keçirilən oyun 3-2 hesabı ilə Messinin komandasının qələbəsi ilə başa çatıb.
Hazırda bu rekord Braziliya millisinin keçmiş oyunçusu Juninyo Pernambukanoya məxsusdur. Onun cərimə zərbəsindən vurulan qollarının sayı 77-dir.
Qeyd edək ki, Messi 38 yaşındadır və 2023-cü ildən bəri “İnter Mayami”də oynayır. 2025-ci ildə argentinalı komanda ilə birlikdə Böyük Futbol Liqası (MLS) çempionu olub. 2003-cü ildən 2021-ci ilə qədər o, “Barselona”da çıxış edib. Hücumçu “Barselona” ilə birlikdə 10 dəfə İspaniya çempionu olub, 8 dəfə İspaniya Super Kubokunu, 7 dəfə İspaniya Kubokunu, 4 dəfə Çempionlar Liqasını, hər biri 3 dəfə UEFA Super Kubokunu və 3 dəfə Klublararası Dünya Kubokunu qazanıb. Vurulan qolların, məhsuldar ötürmələrin və oynanılan oyunların sayına görə klub rekordlarına sahibdir.
Messi Argentina milli komandasının tarixində bütün dövrlərin ən çox qol vuran oyunçusudur. O, milli komanda ilə birlikdə dünya kuboku (2022), Finalissima (2022), “Copa America”nı (2021, 2024) qazanıb. Messi həmçinin, Olimpiya Oyunlarının (2008) və Dünya Gənclər Çempionatının (2005) qalibi olub.
Argentinalı futbolçu “Qızıl top” mükafatını rekord sayda - səkkiz dəfə qazanıb. “Barselona”dan ayrıldıqdan sonra PSJ-də oynayıb.
Hücumçu tarixin ən çox mükafat qazanan futbolçusudur (48 kubok).

DİGƏR XƏBƏRLƏR

Top