
Nyu-Yorkdakı “LaGuardia” hava limanında “Air Canada Express” təyyarəsi yanğınsöndürən maşınla toqquşub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, toqquşma təyyarə hava limanına eniş edərkən baş verib.
Hadisə yerli vaxtla 22 mart saat 23:47-də (Bakı vaxtı ilə 23 mart saat 07:47) baş verib.
Kanadanın Monreal şəhərindən uçan təyyarədə 76 sərnişin və 4 heyət üzvü olmaqla ümumilikdə, 100 nəfər olub.
Telekanalın məlumatına görə, toqquşma nəticəsində təyyarənin pilotları həlak olublar.
Sərnişinlər, ekipaj üzvləri və yanğınsöndürmə xidmətinin əməkdaşları da daxil olmaqla 41 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 32-si evə buraxılıb.
Buna baxmayaraq, kritik yaralıların sayı dəqiqləşdirilməyib.
Digər tərəfdən, ABŞ Federal Aviasiya Administrasiyası sərnişin təyyarəsinin yanğınsöndürən maşınla toqquşmasından sonra Nyu-Yorkun “LaGuardia” hava limanında bütün təyyarələrin uçuşlarını dayandırıb.
Telekanalın məlumatına görə, qadağa çox güman ki, uzadılacaq.
“Flightradar”ın məlumatına görə, Nyu-Yorkun “LaGuardia” hava limanına gedən on səkkiz təyyarə digər hava limanlarına istiqamətləndirilib.
Tətbiqimizi yükləyə bilərsiniz