
Ermənistan Avropa Sülh Fondundan üçüncü maliyyə yardımı paketi üçün Avropa İttifaqına (Aİ) müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr üzrə daimi komitəsində keçirilən müzakirələr zamanı bildirib.
Qeyd edək ki, 23 iyul 2024-cü ildə Aİ Avropa Sülh Fondundan Ermənistana ilk 10 milyon avroluq yardımı təsdiq edib. 30 yanvar 2026-cı ildə isə Aİ Ermənistana daha 20 milyon avro yardım ayırmaq barədə qərar qəbul edib.
Tətbiqimizi yükləyə bilərsiniz