Fransanın keçmiş baş naziri vəfat etdi


1997-ci ildən 2002-ci ilə qədər hökumətə rəhbərlik etmiş Fransanın keçmiş baş naziri Lionel Jospen 88 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat yayıb.
Məlumata görə, sosialist Jospen de Qollun davamçısı Jak Şirakın prezidentliyi dövründə baş nazir vəzifəsini icra edib. O dövrdə prezident və baş nazir qarşı tərəflərə mənsub idilər və “birgəyaşayış” adlandırılan bir sistemdə fəaliyyət göstərirdilər.
Jospen iki dəfə, 1995-ci ildə və 2002-ci ildə prezidentliyə namizədliyini irəli sürsə də, uğursuz olub.

DİGƏR XƏBƏRLƏR

Top