
“Los Anceles Leykers” komandasının amerikalı hücumçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) oynadığı oyunların sayına görə rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, “Orlando Mecik” komandası ilə səfər oyunu (105-104) Ceymsin turnirdəki 1612-ci oyunu olub.
Bununla da, amerikalı basketbolçu NBA-da keçirdiyi oyunların sayına görə, dördqat NBA çempionu Robert Perişi keçdi.
Hazırda reytinqin üçüncüsü isə 1560 oyunla Kərim Əbdül-Cabbardır.
Qeyd edək ki, Qeyd edək ki, Lebron Ceyms NBA karyerası ərzində "Klivlend Kavalyers" (2003–2010, 2014–2018) və "Mayami Hit" (2010–2014) kimi komandalarda da çıxış edib. O, 2018-ci ildən indiyə qədər "Los-Anceles Leykers"in şərəfini qoruyur. Onun komandası hazırda Qərb Konfransında üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, 41 yaşlı Ceyms dördqat NBA çempionu, müntəzəm mövsümün ən dəyərli oyunçusu və finalın ən dəyərli oyunçusudur. O, liqanın bütün dövrlərin ən çox xala sahib olan, həmçinin ən çox mövsüm keçirən oyunçusudur. Bu mövsüm Ceyms üçün NBA-da 23-cü mövsümdür.
Tətbiqimizi yükləyə bilərsiniz