
ABŞ İranın Xarq adasını ələ keçirmək və mümkün əməliyyatda iştirak etmək üçün Yaxın Şərqə Dəniz Piyadaları Korpusu və Hərbi Dəniz Qüvvələri bölmələrinin yerləşdirilməsini sürətləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin qeyd etdiyi kimi, ABŞ-nin yüksək vəzifəli rəsmiləri bu yaxınlarda İsraildəki və digər yerlərdəki həmkarlarına ABŞ-nin Xarq adasını ələ keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa çarəsi qalmayacağını bildiriblər.
Digər tərəfdən, amerikalı bir rəsmi də ABŞ ordusunun minlərlə dəniz piyadası və donanma heyətinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirdiyini “The Jerusalem Post” qəzetinə təsdiq edib.
Qeyd edək ki, bundan əvvəl “Axios” portal mənbələrə istinadla ABŞ administrasiyasının Xarq adasını dəniz blokadasına almağı və ya adanı ələ keçirməyi nəzərdən keçirdiyini bildirmişdi.
Portalın məlumatına görə, Vaşinqton bu yolla İranı Hörmüz boğazını açmağa məcbur edəcəyinə ümid edir.
Tətbiqimizi yükləyə bilərsiniz