“Mançester Siti” İngiltərə Kubokunu aldı – Doqquzuncu dəfə…


“Mançester Siti” İngiltərə Liqa Kubokunun finalında “Arsenal”ı 2-0 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, “Uembli” stadionunda keçirilən oyunda qələbə qollarını Niko O'Reyli vurub (60-cı və 64-cü dəqiqələr).
Bununla da, “Mançester Siti” doqquzuncu dəfə İngiltərə Liqa Kubokunu qazanıb.
Hələlik, bu sahədə rekord 10 kubokla “Liverpul”dadır.
“Mançester Siti”nin rəqibi “Arsenal” isə bu kuboku 1987 və 1993-cü illərdə qazanıb.
London komandası Liqa Kubokunun finalında ən çox məğlubiyyətə uğurayan komanda olub. “Mançester Siti”yə məğlubiyyəti də daxil olmaqla “Arsenal” yeddi dəfə Liqa Kubokunun finalında məğlub olub.
Qeyd edək ki, Ötən mövsüm İngiltərə Liqa Kubokunun finalında “Nyukasl” “Liverpul”u 2-1 hesabı ilə məğlub edib və ilk dəfə bu yarışın  qalibi olub.
Xatırladaq ki, Liqa Kuboku 1960-cı ildən keçirilir və yarısda milli çempionatın dörd yüksək divizionundan olan klublar iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top