İsraillə əməkdaşlıqda ittiham olunan bir qrup şəxs həbs edildi


İranın Şimali Xorasan əyalətində İsraillə əmıkdaşlıq etməkdə ittiahm edilən bir qrup şəxs həbs olunub.
Yeniavaz.com
“Tasnim” agentliyinı istinadla xəbər verir ki, bu barədə Şimali Xorasan polisi məlumat yayıb.
“Kəşfiyyat məlumatları və texniki tədbirlər nəticəsində ölkənin təhlükəsizliyinə qarşı düşmən tərəfində fəaliyyət göstərən düşmən şəbəkələri ilə əlaqəli şəxslər müəyyən edilərək həbs edilib”, - Şimali Xorasan polisinin rəisi bildirib.
Onun sözlərinə görə, Şimali Xorasan təhlükəsizlik qüvvələri İsrail tərəfindən idarə olunan beynəlxalq şəbəkənin agentlərinə ölümcül zərbə vurub.
Polis rəisi əlavə edib ki, Şimali Xorasanın paytaxtı Bocnurd şəhərində “agentlərin müəyyən edilməsi və həbsi davam edir”.

DİGƏR XƏBƏRLƏR

Top