
Şimali Koreya lideri Kim Çen In yenidən KXDR-in Dövlət İşləri Komitəsinin sədri seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, 15-ci çağırış Ali Xalq Məclisi özünün ilk iclasında Kim Çen Inı yenidən Dövlət Şurasının sədri seçib.
Qeyd eedək ki, Kim Çen In 2011-ci ildən bəri KXDR-in lideridir. 2016-cı ildən bəri isə o, dövlət siyasəti məsələləri ilə məşğul olan ən yüksək dövlət hakimiyyəti orqanı olan Dövlət Şurasına rəhbərlik edir. Onun rəsmi vəzifəsi KXDR-in Dövlət İşləri üzrə Sədridir. 2019-cu ildə konstitusiyaya edilən dəyişikliklərdən sonra Kim Çen In rəsmi olaraq dövlət başçısı və Koreya Xalq Ordusunun ali baş komandanı təyin edilib. Xatırladaq ki, əvvəllər Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri nominal dövlət başçısı hesab olunurdu.
Tətbiqimizi yükləyə bilərsiniz