Alimlər sağlamlığın qorunması üçün ən effektiv vasitələrdən birini açıqlayıblar


Vits Universiteti (Cənubi Afrika) alimlərinin apardığı yeni araşdırma fiziki aktivliyin insan sağlamlığına təsirini bir daha sübut edib.
Yeniavaz.com
xəbər verir ki, tədqiqat “Journal of Exercise Science and Sports Medicine” jurnalında dərc olunub.
Araşdırmada müxtəlif peşə sahibləri – ofis işçiləri, fəhlələr, tələbələr və xəstəlikdən sonra reabilitasiya keçən şəxslər iştirak edib. Nəticələr göstərib ki, hətta minimal hərəkət belə orqanizmdə mühüm dəyişikliklərə səbəb olur.
Alimlərin sözlərinə görə, oturduğun yerdən qalxmaq və ya yüngül dartınma hərəkətləri belə hüceyrələrin metabolizminə, regenerasiyaya və immun sisteminə təsir edən siqnal molekullarını aktivləşdirir.
Tədqiqatın müəlliflərindən biri, idman təbabəti üzrə mütəxəssis Dimitri Konstantinu bildirib ki, insan orqanizmi hərəkət üçün yaradılıb: “Cəmi bir gün hərəkətsiz qalmaq belə ürək-damar və dayaq-hərəkət sistemində ölçülə bilən dəyişikliklərə səbəb olur”.
Araşdırma həmçinin göstərib ki, cərrahi əməliyyatlara hazırlıq və sonrakı reabilitasiya dövründə fiziki məşqlər ağırlaşmaların sayını azaldır və sağalma prosesini sürətləndirir.
Digər tədqiqatçı Filip Qradidge isə qeyd edib ki, yüksək intensiv idman mütləq deyil. Onun sözlərinə görə, gündəlik 2-4 min addım və ya yüngül mikrohərəkətlər belə fiziki və psixoemosional vəziyyətin yaxşılaşmasına kifayətdir.
Alimlər yekun olaraq vurğulayırlar ki, müntəzəm fiziki aktivlik xəstəliklərin qarşısının alınması və uzunmüddətli sağlamlığın qorunması üçün ən effektiv və əlçatan vasitələrdən biridir.

DİGƏR XƏBƏRLƏR

Top