Zakir Həsənov Yaşar Gülerə və Şeyx Saud bin Əbdülrəhmana başsağlığı verib


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Başsağlığıda deyilir: “Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.

DİGƏR XƏBƏRLƏR

Top