“Neftçi” rəqibini 6:0 hesabı ilə məğlub edib


Azərbaycan Premyer Liqasında bu mövsümün ən iri hesablı qələbə göstəricisi yenidən təkrarlanıb.
Yeniavaz.com
xəbər verir ki, XXV tur çərçivəsində keçirilən qarşılaşmada “Neftçi” “İmişli” komandasını 6:0 hesabı ilə məğlub edib.
Beləliklə, bu mövsüm artıq üçüncü dəfə altı top fərqi ilə qələbə qeydə alınıb. Daha əvvəl XXIII turda “Qarabağ” “Araz-Naxçıvan” üzərində 6:0 hesablı qələbə qazanıb, “Sabah” isə “Qəbələ” komandasını 7:1 hesabı ilə üstələyib.
Ümumilikdə isə, ölkə çempionatları tarixində bir komandanın rəqibini 6 və ya daha çox top fərqi ilə məğlub etməsi artıq 110-cu dəfə qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top