“Kəklikotu” restoranında yanğın olub – İşçilərlə müştərilər təxliyə edilib


Naxçıvanda yerləşən restoranların birində (“Kəklikotu”) yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m. olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində restoranın çardaq hissəsi 20kv.m. sahədə yanıb.
Restoranın işçi heyəti və müştərilər təxliyə edilib, xəsarət alan olmayıb.
Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.

DİGƏR XƏBƏRLƏR

Top