
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan metrosunda Qarabağ mövzusu ilə bağlı verilən suala sərt və emosional reaksiya göstərib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan Qarabağdan Ermənistana köçən bir sakinlə mübahisə zamanı əsəbiləşərək ona barmağını silkələyib və yüksək səslə cavab verib.
Baş nazir qeyd edib ki, Ermənistan hökuməti Qarabağda yaşayan ermənilərin orada qalması üçün böyük səylər göstərib: “Sizin Qarabağda yaşamağınız üçün əlimizdən gələni etdik… Ermənistan vətəndaşlarının milyardlarla vəsaitini xərclədik ki, siz orada qala biləsiniz”.
Paşinyan həmçinin 2023-cü ildə baş verən hadisələrə toxunaraq bildirib ki, həmin dövrdə onu insanların Qarabağdan Ermənistana keçidinin qarşısını almaqda ittiham edənlərin indi geri qayıtmaq istəklərini dilə gətirməsini tənqid edib: “İndi isə buraya gəlib deyirsiniz ki, geri qayıtmaq istəyirdik… Ey qaçanlar, Qarabağı təslim etdiyimi deməyə çalışmayın”.
Tətbiqimizi yükləyə bilərsiniz