İranda 10 milyon riallıq əskinas buraxıldı – 12 manat edir


İranda indiyə qədər ən böyük nominal dəyərə malik yeni əsginas – 10 milyon rial dövriyyəyə buraxılıb.
Yeniavaz.com
“Financial Times”a istinadla xəbər verir ki, müharibə və iqtisadi böhran ölkənin maliyyə sistemini kritik həddə çatdırdığı üçün bu addım atılıb.
Bildirilir ki, təxminən 7 ABŞ dollarına (11,90 AZN) bərabər olan bu yeni əsginas artıq banklarda istifadə olunmağa başlayıb.
“Bankomatların qarşısında uzun növbələr yaranıb və bir çoxu nağd pul qıtlığı səbəbindən boşalıb. İnsanlar ABŞ və İsraillə davam edən münaqişə fonunda elektron ödəniş sistemlərinin işləməyə biləcəyindən ehtiyat edir.
Bu addım Tehran hökumətinin sürətlə artan inflyasiya və dəyərdən düşən milli valyutaya qarşı reaksiyasının daha da sərtləşdiyini göstərir. Çəhrayı rəngli yeni əsginasın ön tərəfinfə Yəzddəki Cümə məscidi, arxa tərəfində isə Bam qalası təsvir olunub”, - nəşr yazır.
Qeyd olunur ki, bir neçə həftə əvvəl dövriyyəyə 5 milyon riallıq əsginas da buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top