Ronaldo milliyə çağırılmadı


Kriştiano Ronaldo Meksika və ABŞ-yə qarşı keçiriləcək yoldaşlıq oyunları üçün Portuqaliya millisinin heyətinə daxil edilməyib.
Yeniavaz.com
xəbər verir ki, baş məşqçi Roberto Martinez ulduz oyunçunun zədəsi səbəbilə belə bir addım atıb.
Belə ki, “Əl-Nəsr”in hücumçusu bu ayın əvvəlində Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Fəyha” ilə oyunda zədələnib və klubunun son iki oyununu buraxaraq reabilitasiya üçün İspaniyaya gedib.
“Reuters” yazır ki, 41 yaşlı superulduz karyerasının sonuncu böyük turniri olacağı gözlənilən Dünya Kubokuna hazır olmağı hədəfləyir.

DİGƏR XƏBƏRLƏR

Top