
Prezident Donald Tramp bildirib ki, ABŞ İrandakı hərbi əməliyyatları tədricən dayandırmağı nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, o bu barədə öz sosial media hesabında yazıb.
O bildirib ki, ABŞ öz məqsədlərinə çatmağa yaxındır. O həmçinin vurğulayıb ki, dünya üçün çox vacib olan Hörmuz boğazının təhlükəsizliyinin qorunmasında digər ölkələr daha çox məsuliyyət götürməlidir:
“Bu boğazın demək olar ki, bağlanması qlobal enerji böhranına səbəb ola bilər”.
Qeyd edək ki, bu açıqlama İran və İsrail arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxtda verilib. İran mediası isə Natanz nüvə zənginləşdirmə obyektinin hücuma məruz qaldığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz