“İsrail İrana qarşı hücumları daha da gücləndirəcək”


İsrailin müdafiə naziri İsrael Katz gələn həftə İrana qarşı hücumların daha da güclənəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
“Bu həftə İsrail Müdafiə Qüvvələri və ABŞ ordusunun İran terrorçu rejiminə və onun əsaslandığı infrastruktura qarşı zərbələrinin intensivliyi əhəmiyyətli dərəcədə artacaq”, - deyə o, hərbi rəsmilərlə görüşündə bildirib.
Katzın sözlərinə görə, İsrail dövlətinin təhlükəsizliyinə və ABŞ-nin bölgədəki maraqlarına qarşı bütün təhdidlər aradan qaldırılana qədər İrana qarşı hücumlar davam etdiriləcək:
“İsrail Müdafiə Qüvvələri güclüdür, İsrailin arxa cəbhəsi güclüdür və bütün hərbi məqsədlərə çatana qədər dayanmayacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top