
Sosial şəbəkələrdə Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə ilə bağlı görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) APA-ya sürüşmə hadisəsinin yolun hərəkət hissəsində deyil, mühafizə (təhlükəsizlik) zolağı hüdudlarında qeydə alındığı bildirilib.
“Aparılmış ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb”, - Agentliyin məlumatında deyilir.
Qeyd edilib ki, mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə operativ qaydada müvafiq tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində zəruri mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır:
“Qısa müddət ərzində ərazidə bərpa və möhkəmləndirmə işlərinin tamamlanması təmin ediləcək”.
Tətbiqimizi yükləyə bilərsiniz