
Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la cavab matçında aldığı zərbədən sonra qolu sınan Türkiyə təmsilçisi “Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhenin nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun özü danışıb.
Sosial media platformalarında yayımlanan bir verilişin qonağı olan nigeriyalı qolunun qırılması anını belə təsvir edib:
“Top gəlirdi, rəqib müdafiəçi ilə birlikdə topa müdaxilə etməyə çalışdıq, dizi qoluma dəydi. Sındığını hesab etmirdim. Fikirləşirdim ki, matç bitməmiş ağrısı keçəcək. Lakin qaçmağa çalışanda yaranan ağrı məni yavaşlatdı. Qolum qopub düşəcəyini zənn edirdim. Oyunu davam etdirməyə çalışdı, amma alınmadı”.
Osimhen yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı suala isə belə cavab verib:
“Qolum qırıldığı üçün əməliyyata ehtiyac var. Maksimum 5-6 həftə ərzində sağalacağam”.
Tətbiqimizi yükləyə bilərsiniz