
ABŞ və İsrail qüvvələri İranın Natanz nüvə obyektini bombalayıb.
Yeniavaz.com “Tasnim”ə istinadla xəbər verir ki, İslam Respublikasının Nüvə Enerjisi Təşkilatı hücumu təsdiqləyib və radioaktiv materialların sızmasının aşkarlanmadığını bəyan edib.
Bildirilib ki, zərbə 21 mart səhəri baş verib:
“Nüvə Enerjisi Təşkilatı müvafiq tədqiqatlar aparıb və heç bir radiasiya çirklənməsinin aşkarlanmadığını bildirib. Həmçinin ətraf ərazilərdə sakinlərin həyatı və sağlamlığı üçün heç bir təhlükənin olmadığı qeyd edilib”.
Xatırladaq ki, ötən ilin iyun ayında Amerika Silahlı Qüvvələri B-2 bombardmançıları ilə İranın Fordo, Natanz və İsfahanda yerləşən üç nüvə obyektinə hücum edib və ilk dəfə olaraq GBU-57 super güclü beton deşici bombalardan istifadə edilib.
“Amerikalıların vurduğu Fordo, Natanz və İsfahandakı nüvə obyektləri tamamilə məhv edilib”, - həmin vaxt ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında belə yazmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz