
“ABŞ qüvvələri, Prezident göstəriş verərsə, Xarq adasını istənilən vaxt ələ keçirə bilər. Ətraflı planlaşdırma prosesi vasitəsilə bütün administrasiya terrorçu İran rejiminin hər hansı potensial hərəkətinə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli AFP-yə danışarkən deyib.
“Prezident Tramp İranın naviqasiya azadlığına və enerjinin sərbəst axınına mane olmağa çalışacağından xəbərdar idi və artıq 40-dan çox minalanmış gəmini məhv etmək üçün tədbirlər görüb”, - deyə o bildirib.
Nəşr yazır ki, ABŞ Yaxın Şərqə əlavə dəniz piyadaları göndərir və bu, hərbi əməliyyatlarn başlamasından üç həftə sonra quru əməliyyatına işarə edə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz