ABŞ İran neftinin dənizdə satışına icazə verdi – Bahalaşmaya görə


Tramp administrasiyası müharibə nəticəsində kəskin bahalaşan neft qiymətlərini azaltmaq üçün son cəhd olaraq cümə günü İran neftinin dənizdən alınmasına tətbiq edilən sanksiyaları 30 gün müddətinə ləğv edib.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent elan edib.
“Bu güzəşt qlobal bazarlara təxminən 140 milyon barel neft gətirəcək və enerji təchizatına təzyiqi azaltmağa kömək edəcək”, - Bessent bildirib.
“Bu addım Ağ Evin ABŞ və İsrailin İrana təxminən üç həftəlik hücumlarından sonra neft qiymətlərinin kəskin şəkildə artmasının noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl ABŞ biznesinə və istehlakçılarına zərər verəcəyi ilə bağlı narahatlığını əks etdirir. Prezident Donald Trampın respublikaçı həmkarları bu seçkilərdə Konqres üzərində nəzarəti saxlamağa ümid edirlər”, - nəşr yazır.

DİGƏR XƏBƏRLƏR

Top