
Türkiyə Milli Müdafiə Nazirliyi Adanada yerləşən İncirlik hərbi bazasına yeni raket hücumu ilə bağlı yayılmış iddiaları təkzib edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik sosial mediada İncirlikdə həyəcan siqnalının eşidildiyinə dair paylaşımların yayıldığını bildirib.
“Sosial mediada İncirlik Hava Bazasında siren səslərinin eşidildiyi ilə bağlı paylaşımlar yayılıb. Heç bir hücum və ya mənfi vəziyyət yoxdur. Bu, yalan həyəcan siqnalı kimi qiymətləndirilir”, - məlumatda bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz