
“İran gəmilərin Hörmüz boğazından keçməsi üçün “təhlükəsiz” dəniz dəhlizi yaradıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Lloyd's List” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, məlum bir halda tək bir tankerin operatoru boğazdan keçmək üçün iki milyon dollar ödəyib.
Hindistan, Pakistan, İraq, Malayziya və Çin də daxil olmaqla bir neçə ölkənin hökumətləri Tehranla gəmilərin keçməsi ilə bağlı planları müzakirə edir. Nəşrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təhlükəsiz keçid hüququ veriləcək “təsdiqlənmiş” gəmilər üçün qeydiyyat sistemi yaratmaq qərarına gəlib.
Ən azı doqquz gəmi artıq “təhlükəsiz” dəhlizdən Hörmüz boğazından keçib. Onların bunun üçün pul ödəyib-ödəmədiyi məlum deyil. Təsdiqlənmiş gəmilər SEPAH-ın gəmiləri müəyyən etdiyi Lərak adası yaxınlığındakı İran ərazi sularından keçir.
Hörmüz boğazından keçmək hazırda hər bir hal ayrıca müzakirə olunur, lakin “Lloyd's List” ə görə, SEPAH yaxın günlərdə proseduru rəsmiləşdirməyi planlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz