“Mən Netanyahuya bunu bir daha etməməyi dedim” − Tramp


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İranın neft və qaz obyektlərinə zərbə endirməkdən çəkindirdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Mən ona bunu bir daha etməməyi dedim və o, bunu etməyəcək”, - Amerika lideri bildirib.
Trampın sözlərinə görə, ABŞ və İsrail müstəqil şəkildə hərəkət edirlər, lakin səylərini əlaqələndirirlər:
“Vaxtaşırı Netanyahu nəsə edir və əgər xoşuma gəlmirsə, biz bunu etmirik”.

DİGƏR XƏBƏRLƏR

Top